Zəruri hallarda sövdələşmənin parametrləri tənzimlənə bilər.

Bu barədə İqtisadiyyat.az “Vedomosti”yə istinadən xəbər verir.

"Təmizləmə məsələsinə gəlincə, OPEC+ ölkələri daimi təmasdadır, bazar konyukturasını izləyir və bazar dəyişikliyinə çevik və operativ reaksiya verməyə hazırdır. Lazım gələrsə, tələb və təklif arasında optimal tarazlığın təmin edilməsi üçün gələcəkdə sövdələşmənin parametrlərinə düzəlişlər edilə bilər. Qlobal rəqabət davam edərkən əlverişli qiymətlər neftə tələbini artırır. Dünyada əlavə həcmdə xammala ehtiyac yaranır. Aprel ayında qlobal neft tələbi təqribən 103,1 milyon barel, təklif isə 103,7 milyon barel təşkil edib. Neftin hazırkı qiyməti artan ticarət müharibələri və geosiyasi gərginliklə əlaqəlidir. Hazırkı neft qiymətləri əksər əsas neft istehsalçılarına uyğun deyil, lakin bazar şokları azaldıqca vəziyyət düzəldiləcək", - deyə o qeyd edib.

 

Gözəl Azadəliyeva