"20 il ərzində qlobal enerji balansında qazın payı neftin payını üstələyə bilər".
İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxışı zamanı bildirib.
“Əlbəttə, hazırda qaz, enerji balansında neftdən daha az paya malikdir, lakin gələcəkdə bu, dəyişəcək”, - deyə o bildirib.
Nazir onu da qeyd edib ki, 2030-cu ilə qədər neftə tələbat sutkada 110-115 milyon barelə qədər arta bilər.
Gözəl Həşimova