Norveç Ukraynaya səkkiz tank və 4 hərbi dəstək maşını verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik, həmçinin döyüş sursatı və texnikaların ehtiyat hissələrinin alınması üçün vəsait ayıracaq.

“Biz, həmçinin digər müttəfiq ölkələrlə birlikdə Ukrayna tankçılarının Polşada təliminə töhfə verəcəyik”, - deyə açıqlamada bildirilir.