Norveç Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 240 milyon avro, o cümlədən Almaniya, Danimarka və Hollandiya ilə birgə təşəbbüs çərçivəsində 125 milyon avro ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin Müdafiə Nazirliyi məlumat yayıb.

Norveç "Patriot" hava hücumundan müdafiə sistemləri üçün daha 100 raketin tədarükü ilə bağlı təşəbbüsə 125 milyon avro ayıracağını qeyd edib.

Bildirilib ki, Ukrayna silahlı qüvvələri Almaniya, Danimarka, Hollandiya və Norveçdən ümumilikdə 100 "Patriot" raketi gözləyir ki, onlardan 32-si artıq çatdırılıb, 68-i isə yaxın həftələrdə göndəriləcək.

 

Gözəl Həşimova