Norveç Rusiya səfirliyinin 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, səfirliyin 15 əməkdaşı diplomatik pərdə altında krallıqda kəşfiyyat fəaliyyəti həyata keçirib. Onlardan Norveç ərazisini mümkün qədər tez tərk etmələri tələb olunub.

XİN-dən onu da bildiriblər ki, Norveç hakimiyyəti Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək.