Norveç ABŞ-dən 363 milyon dollara hava hücumundan müdafiə sistemləri üçün raketlər alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Məlumata görə, Norveç ABŞ ilə 362,9 milyon dollar dəyərində "AIM-120C-8 AMRAAM" orta mənzilli raketlərin alınmasına dair saziş imzalayıb.

Krallıq "NASAMS" hava hücumundan müdafiə sistemlərinin batareyalarının sayını iki dəfə artırmağı, eləcə də uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin alışını artırmağı planlaşdırır.

 

Gözəl Həşimova