"Nokia" şirkəti Rusiya əleyhinə sanksiyalara uyğun olaraq öz avadanlıqlarının tədarükünü dayandırıb. 

Şirkət Ukraynada baş verən hadisələrə əsasən məhsulun tədarükündə rusiyalı tərəfdaşlarla əməkdaşlığa son qoyduqlarını bildirib. 

"Bu, sürətlə inkişaf edən mürəkkəb bir vəziyyətdir və biz bunu qiymətləndirməyə davam edirik", - şirkət rəsmisi jurnalistlərə deyib. 

Qeyd edək ki, daha öncə "Apple" şirkəti də belə bir addım atıb.