Payız aylarında Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutu məlumat yayıb.

Məlumata görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub. Nobel Sülh Mükafatına rekord namizəd (376) 2016-cı ildə qeydə alınıb .

Namizədlərin tam siyahısı ənənəvi olaraq gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər.

 

Gözəl Həşimova