Niger silahlı qüvvələri maksimum hazırlıq vəziyyətinə gətiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hakimiyyətə gələn üsyançılar tərəfindən təyin edilmiş Niger Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Musa Salau bildirib.

Onun sözlərinə görə, bu qərar Nigerə qarşı artan hücum təhlükəsi fonunda qəbul edilib. Bildirilib ki, bu cür tədbirlər sayəsində ölkənin Silahlı Qüvvələri digər dövlətlərin istənilən hərəkətinə adekvat cavab verə biləcək.

 

Gözəl Həşimova