2023-cü ildə Niderlanddan Azərbaycana birbaşa xarici investisiyalar (BXİ) 188,178 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə 198,7 faiz və ya 2,98 dəfə artıb.

Azərbaycana Niderlanddan gələn BXİ-nin ümumi BXİ-də payı 2,8 faiz olub.

Öz növbəsində, Azərbaycandan Niderland iqtisadiyyatına birbaşa xarici investisiyalar 98,199 milyon dollar (artım 70,42 faiz, xüsusi çəkisi isə 3,2 faiz) təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin sonunda Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 6,658 milyard ABŞ dolları (artım 6,1 faiz) olub.