Niderlandda son bir gündə COVID-19 infeksiyasına 182 yeni yoluxma aşkarlanıb.
Bu barədə Milli Səhiyyə İnstitutu bildirib.
Qeyd edilir ki, bununla da ölkədə virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 45 950-yə çatıb.
Son sutkada COVID-19-dan daha 32 nəfər ölüb. Bununla da Niderlandda pandemiya qurbanlarının ümumi sayı 5 903 nəfərə çatıb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.( report )