İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,2 dəfə və ya 69,4 milyon dollar, həcm baxımından isə 2,5 dəfə və ya 133,3 min ton üstələyir.
Cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 5,64 milyard dollar dəyərində 10,3 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Niderland 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,15 faizi bu ölkənin payına düşüb.