İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NRC" nəşri məlumat yayıb.
Məlumata görə, Bosma səfirlə nahar zamanı Niderland hakimiyyətinin Belçika ərazisində yerləşən Flandriya regionunu öz ölkəsinə birləşdirmək istədiyini bildirib.
O, əlavə edib ki, Belçikanın fransızdilli Valoniya bölgəsi Fransaya verilə bilər.
Təklifin detalları açıqlanmayıb. Hazırda nə Belçika hökuməti, nə də Fransa tərəfi bu məsələyə rəsmi münasibət bildirməyib.
Xatırladaq ki, ötən ilin dekabrında Slovakiyanın baş naziri Robert Fitso da Avropa İttifaqının parçalanma təhlükəsindən danışmışdı.