"Netflix" video servisi Rusiya ərazisində xidmətini dayandırdığını təsdiq edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, servisin işinin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.

"Netflix" Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib.

Mayın 27-də Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.