Onlayn serial və film izləmə platforması "Netflix"in abunəçilərinin sayı bu ilin ikinci rübündə təxminən 5,9 milyon nəfər artıb. Bununla da şirkətin dünya üzrə abunəçilərin sayı illik müqayisədə 8% artaraq 238,4 milyon nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Netflix" balans hesabatını açıqlayıb.

Məlumata görə, bu ilin ikinci rübündə şirkətin gəliri ötən ilin eyni dövrünə görə 3% artaraq 8,2 milyard dollara çatıb. Halbuki, bu göstərici ötən ilin eyni dövründə 7,9 milyard dollar təşkil edib.

Hesabat dövründə şirkətin xalis mənfəəti 3% artaraq 1,5 milyard dollara çatıb. Ötən ilin ikinci rübündə isə "Netflix"in xalis mənfəəti 1,4 milyard dollar olub. Firmanın səhm üzrə qazancı da eyni dövrdə 3,20 dollardan 3,29 dollara yüksəlib.

 

Gözəl Həşimova