İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata əsasən, yanvar-mart aylarında xalis mənfəət 2,89 milyard dollar və ya hər səhmə görə 6,61 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 2,33 milyard dollar və ya hər səhmə görə 5,28 dollar olub.
Bu dövrdə şirkətin əməliyyat mənfəəti 27% artaraq 3,35 milyard dollara çatıb.
Gəlir konsensus təxminlərinə uyğun olaraq 12,5% artaraq 9,37 milyard dollardan 10,54 milyard dollara yüksəlib.
Qeyd edilib ki, 2024-cü ilin sonunda "Netflix"in müştərisi illik müqayisədə 41,35 milyon artaraq 301,63 milyon olub.
Gözəl Azadəliyeva