TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinə əmək qanunvericiliyinin pozulması maddəsi ilə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, mərkəz barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Tibb müəssisəsinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.