"Neptun" Birgə Azərbaycan-İngiltərə MMC-nin vergi borcu bir milyonu ötüb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin hazırda yığılmış vergi borcu 1 088 801,93 manatdır.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi şirkət barəsində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "Neptun" Birgə Azərbaycan-İngiltərə MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb. 200 min dollarlıq nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Eran Efruz Muduroğludur.