Astronomlar Neptun və Uranın ətrafında əvvəllər məlum olmayan peykləri aşkar ediblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Günəş sistemində əvvəllər naməlum olan peyklər Havay və Çilidə teleskoplar vasitəsilə aşkar edilib.

Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında daha bir kiçik peykin olduğunu aşkar ediblər.

Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərlə Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə yüksəldiyini açıqlayıb.

 

Gözəl Həşimova