İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəm salfetlərin istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu məbləğ fərdi sahibkar Fərid Bağırova ayrılıb.