"Neftmaştəmir” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq aprelin 28-nə təyin olunub.

Ümumi yığıncağın gündəliyi:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.

2. Səhmdar cəmiyyətin 2024-cü ilin yekunları ilə əlaqədar maliyyə-təsər-rüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2024-cü il üzrə illik hesabatlarının təsdiqi.

3. Müəssisənin gəlir və zərəri haqqında məlumat.

4. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Eyni zamanda səhmdarların nəzərinə çatdırılır ki, nağdsız hesablaşma-lar haqqında Azərbaycan Respublikası Qanununun 3.4.4-cü bəndinə uyğun olaraq bank rekvizitlərinin, şəxsiyyət vəsiqəsinin surətlərini ASC-nin mühasibatlığına bilavasitə, yaxud neftmashtemir@mail.ru elektron poçt ünvanına təqdim etsinlər.

Xatırladaq ki, maşınqayırma fəaliyyəti ilə məşğul ilan “Neftmaştəmir” ASC 2002-ci ildə yaradılıb.