“Neftmaş-Tikinti” ASC səhmdarlarının növbədənkənar ümümı yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq oktyabrın 10-na təyin olunub.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Neftmaş-Tikinti” ASC-nin öhdəliyi ilə bağlı balansda olan əmlaklarının əvəzləşdirilməsi.

 2. Tikintilərin pay nisbətinə görə bölüşdürilməsi, satılması, cəmiyyətin borcunun müqabilində silinməsi, özgəninkiləşdirməsi kimi səlahiyyətlərin Müşahidə şurasına verilməsi.

3. Müşahidə şurasının yeni tərkibdə formalaşdırılaraq təyin olunması.

4.Diqər məsələlər.

Xatırladaq ki, “Neftmaş-Tikinti” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94546 manatdır.