"Yaxın bir neçə ayda dünya bazarında neftin qiymətində kəskin artım olmayacaq."

Bu fikri Lenta.ru-a Energetika və Maliyyə İnstitutunun energetika şöbəsinin sektor müdiri Yuri Rıkov deyib. O, enerji resurslarının dəyərinin hansı amillərdən asılı olacağını qeyd edib.

Analitik hesab edir ki, qlobal iqtisadiyyatın ləngiməsi neftin qiymətinin artması üçün əlverişli deyil:

“ABŞ və Avropa üçün ÜDM faktiki olaraq sabitdir. Belə şəraitdə bu, real durğunluq deməkdir. Beləliklə, onlar bu il enerji tələbatının azalacağını proqnozlaşdırırlar. Mənə elə gəlir ki, normal vəziyyətdə qiymətlərin ən azı ilin birinci yarısında 100 dollar/barel və ondan yuxarı qalxacağını proqnozlaşdırmaq çətindir”.

Yuri Rıkov hesab edir ki, gələcək vəziyyət dünyanın Rusiya neftinə real embarqoya necə reaksiya verməsindən asılıdır.