“Brent” markalı neftin qiyməti avqustun 30-dan bəri ilk dəfə bir barel üçün 80 dolları ötüb.

İqtisadiyyat.az bu barədə ticarət məlumatlarına istinadən xəbər verir.

Axşam saatlarında olan rəqəmlərə əsasən, dekabr fyuçerslərinin qiyməti 80,1 dollara yüksəlib.

Buna qədər neftin bir barel üçün qiyməti 78 dollara qədər düşmüşdü.