İqtisadiyyat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət zamanı “Brent” markalı neftin 2025-ci ilin may ayı üzrə müqavilə dəyəri 0,33% və ya 0,24 dollar azalaraq 71,92 dollar/barel olub.
Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında may ayı üçün WTI markalı neftin 1 barelinin qiyməti 0,31% və ya 0,21 dollar ucuzlaşaraq 68,07 dollar/barel səviyyəsinə enib.
Ekspertlər qiymət azalmasını qlobal bazarda tələbin aşağı düşməsi və iqtisadi qeyri-müəyyənliklərlə əlaqələndirirlər.