Bakının Nizami rayonunda Neftçilər” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın qeydə alınıb.
FHN-dən İqtisadiyyat.az-a verilən məıumata görə, Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
13:12
Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.
İqtisadiyyat.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.