"Neftçi" baş məşqçisi Laurentsi Regekampf və köməkçiləri ilə yollarını ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Neftçi"də bu posta Sərgən Yalçının təyin olunacağı gözlənilir.