Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun son matçı "Neftçi Arena"da keçirilib. "Ağ-qaralar" "Qəbələ" klubunu qonaq edib. 

Matç ev sahibi komandanın 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

20-ci tur

28 yanvar

“Neftçi” – “Qəbələ” 3:1

Qollar: Emin Mahmudov, 61-pen. Dieqo Valdes, 67. Brayan Moreno, 90+5 – Emil Səfərov, 87.

Qırmızı vərəqə: Zurab Oçiqava, 59