ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,44% azalaraq, 1 barelə görə 77,42 dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,08% azalaraq, 72,75 dollara bərabər olub.