Dünya birjalarında neft ötən günlə müqayisədə ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,65 ABŞ dolları, yaxud 1,84 % azalaraq 87,92 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 85,95 ABŞ dollarına təklif olunur.