Dünyanın 9 ən böyük neft şirkətinin bu ilin birinci rübündə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% azalaraq 66 milyard dollara çatıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasında araşdırma xəbər verir.

Birinci rüb üzrə Amerikanın "ExxonMobil" və "Chevron", Niderlandın "Royal Dutch Shell", Britaniyanın "BP", Fransanın "TotalEnergies", İtaliyanın "Eni", Rusiyanın "Rosneft", Norveçin "Equinor" və Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" balans hesabatlarını açıqlayıblar.

Neft nəhənglərinin birinci rüb üzrə mənfəəti belə olub:

Neft şirkəti

Mənfəəti

Saudi Aramco

27,3 milyard dollar

ExxonMobil

8,2 milyard dollar

Shell

7,7 milyard dollar

BP

2,7 milyard dollar

Chevron

 5,5 milyard dollar

Equinor

2,6 milyard dollar

Eni

1,3 milyar dollar

 

Ötən ilin eyni dövrü ilə müqayisədə "Saudi Aramco" 14,4%, "ExxonMobil" 28,1%, "Shell" 19,8%, "BP" 46%, "Chevron" 16,7%, "Eni" 48%, "Equinor" 46,9% az mənfəət açıqlayıb.

Keçən ilin ilk rübündə "Saudi Aramco" 31,9 milyard dollar, "ExxonMobil" 11,4 milyard dollar, "Royal Dutch Shell" 9,6 milyard dollar, "BP" 5 milyard dollar, "Chevron" 6,6 milyard dollar, "Eni" 2,5 milyard dollar, "Equinor" 4,9 milyard dollar mənfəət əldə edib.

Bu dövrdə mənfəətini ən çox artıran şirkət Rusiyanın ən böyük neft şirkəti "Rosneft" olub. Şirkətin mənfəəti bu ilin birinci rübündə 35%  artaraq 5,4 milyard dollara çatıb.

Hesabat dövründə Fransanın enerji şirkəti "Totalenergies"in mənfəəti isə 1,8% artaraq 5,7 milyard dollara çatıb.

Sözügedən şirkətlər keçən ilin ilk 3 ayında təxminən 81 milyard dollar xalis mənfəət əldə ediblər.

 

Gözəl Həşimova