Böyük Britaniyada faiz dərəcəsinin gözləniləndən yüksək artımı və Federal Ehtiyatlar Sisteminin (FES) sədrinin faiz dərəcələrinin daha da artırılmasına işarə etməsindən sonra neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 51 sent və ya 0,4% ucuzlaşaraq 73,76 ABŞ dolları olub.

WTI markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 42 sent və ya 0,6% azalaraq 69,09 ABŞ dollarına enib