İnvestorlar "OPEC+" istehsalçı qrupunun hərəkətini qiymətləndirdikləri üçün neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 4 sent və ya 0,05% azalaraq 81,07 dollara enib.

"WTI" markalı neftin iyul müqaviləsində bir barelin dəyəri isə 1 sent və ya 0,01% azalaraq 76,98 dollara düşüb.

 

Gözəl Həşimova