Qəzza zolağında atəşkəsə yaxınlaşmaq ehtimalı neft qiymətlərini ucuzlaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 42 sent və ya 0,5% ucuzlaşaraq 85,36 ABŞ dolları olub.
“WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 40 sent və ya 0,5% azalaraq 80,67 ABŞ dollarına enib.
Gözəl Həşimova