"OPEC+" istehsalçı qrupu tədarük ixtisarını uzatsa belə, neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 88 sent və ya 1,1% ucuzlaşaraq 82,08 ABŞ dolları olub.

“WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 92 sent və ya 1,2% azalaraq 78,01 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova