Federal Ehtiyatlar Sisteminin rəsmisinin faiz dərəcələrinin endirilməsinin ən azı iki ay daha təxirə salınmalı olduğunu açıqlamasından sonra neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 25 sent və ya 0,3% ucuzlaşaraq 83,42 ABŞ dolları olub.

“WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 25 sent və ya 0,3% azalaraq 78,36 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova