Dünyanın iki ən böyük neft istehlakçısı olan Çin və ABŞ-də tələbin ləngiməsi fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 61 sent və ya 0,8% ucuzlaşaraq 76,32 dollara enib.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 52 sent və ya 0,7% azalaraq 73,03 dollar olub.

 

Gözəl Həşimova