Dünyanın ən böyük xam neft idxalçısı olan Çinin qeyri-bərabər iqtisadi bərpası fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 1,52 dollar və ya 2,09% ucuzlaşaraq 71,04 dollar olub.

"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 1,68 dollar və ya 2,45% azalaraq 67,02 dollar olub.

Həftə ərzində "Brent" 4%, WTI isə 5% civarında ucuzlaşıb.
 
Gözəl Həşimova