Dünya bazarında neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 29 sent və ya 0,4% ucuzlaşaraq 79,11 dollar olub.

"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 21 sent və ya 0,3% azalaraq 75,64 dollar olub.

 

Gözəl Həşimova