ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya biləcəyi gözləntiləri neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyul müqaviləsində bir barelin qiyməti  60 sent və ya 0,7% ucuzlaşaraq 82,28 dollara enib.

"WTI" markalı neftin iyun müqaviləsində bir barelin dəyəri isə 64 sent və ya 0,8% azalaraq 78,02 dollara düşüb.

 

Gözəl Həşimova