Yaxın Şərqdə geosiyasi gərginliyin azalması fonunda neft qiymətləri ucuzlaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 3,35 dollar və ya 4,4% azalaraq 72,70 dollar olub.
"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 3,27 dollar və ya 4,6% azalaraq 68,51 dollara enib.
Gözəl Həşimova