ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri ucuzlaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 34 sent və ya 0,46% ucuzlaşaraq 73,31 dollara enib.
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 42 sent və ya 0,59% azalaraq 70,49 dollar olub.
Gözəl Həşimova