Qırmızı dənizdə hücumlar ilə bağlı narahatlıqlar və ABŞ-nin faiz dərəcələrində azalmaların olacağına dair xəbərlər neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 30 sent və ya 0,36% bahalaşaraq 82,64 ABŞ dolları olub.

“WTI" markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 26 sent və ya 0,34% artaraq 77,3 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova