Qlobal neft tədarükü Səudiyyə Ərəbistanı və Rusiyadan ixracın azalması fonunda zəiflədiyi üçün qiymətlər bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 75 sent bahalaşaraq 85,55 ABŞ dolları olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 80 sent artaraq 82,05 ABŞ dollarına satılıb.

 

Gözəl Həşimova