ABŞ-nin xam neft ehtiyatlarının keçən həftə gözləniləndən daha çox azalması fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 37 sent və ya 0,45% artaraq 82,29 dollara çatıb.

"WTI" markalı neftin iyul müqaviləsində bir barelin dəyəri isə 46 sent və ya 0,6% artaraq 78,36 dollar olub.

 

Gözəl Həşimova