Liviya və Nigeriyada tədarükün azalması fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 5 sent və ya 0,1% bahalaşaraq 81,41 ABŞ dolları olub.

"WTI" markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 9 sent və ya 0,1% artaraq 76,98 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova