Yaxın Şərqdə artan gərginlik neft hasil edən regiondan tədarükün kəsilməsi riskini artırdığı üçün qiymətlər artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyun müqaviləsində bir barelin qiyməti 51 sent və ya 0,57% bahalaşaraq 90,25 ABŞ dolları olub.

“WTI" markalı neftin may müqaviləsində bir barelin dəyəri isə 61 sent və ya 0,72% artaraq 85,63 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova