OPEC-də üçüncü ən böyük neft istehsalçısı olan İran ilə İsrail arasında vəziyyətin gərginləşməsi fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyun müqaviləsində bir barelin qiyməti 30 sent və ya 0,3% bahalaşaraq 90,78 dollara çatıb.

“WTI" markalı neftin may müqaviləsində bir barelin dəyəri isə 25 sent və ya 0,3% artaraq 86,46 dollara çatıb.

 

Gözəl Həşimova