İsrail və HƏMAS arasında danışıqların Qəzzada atəşkəsə və Yaxın Şərqdə gərginliyin azaldılmasına gətirib çıxaracağına dair ümidlər neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyun müqaviləsində bir barelin qiyməti 28 sent bahalaşaraq 90,66 dollar olub.

“WTI" markalı neftin may müqaviləsində bir barelin dəyəri isə 21 sent artaraq 86,64 dollar təşkil edib.

 

Gözəl Həşimova