Çində tələbin yaxşılaşması ilə bağlı məlumatlar neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyun müqaviləsində bir barelin qiyməti 29 sent və ya 0,3% bahalaşaraq 87,29 dollar olub.

“WTI" markalı neftin may müqaviləsində bir barelin dəyəri isə 31 sent və ya 0,4% artaraq 83,48 dollar təşkil edib.

 

Gözəl Həşimova